Vaxtsız böyüyən balaca qəhrəmanlar - VİDEO
    • 23-11-2020, 17:46
    • 515

Vaxtsız böyüyən balaca qəhrəmanlar - VİDEO

Müharibə bitdi. Torpaqlarımızı işğaldan azad etdik. Ordumuz xeyir və şər savaşında, mənfur düşməni məğlub etdi.

Lakin vətən borcumuzu yerinə yetirərkən neçə-neçə həyat eşqiylə, vətən eşqiylə parlayan qardaşlarımızın gözləri əbədi yumuldu, şəhadətə yüksəldi. Neçə-neçə qazilərimiz, qəhrəmanlarımız oldu. Amma ən əsası şəhidlərimizin bizə əmanət edib getdiyi, balaca qəhrəmanlarımızı da unutmadıq! unutdurmayacağıq!

Bəli ən böyük qəhrəmanlığı döyüşdə silaha sarilib döyüşən əsgərlərimizin balaları göstərdi. Həsrətlə, təmkinlə balaca əllərində bayraq tutub, “Qarabağ Azərbaycandır” deyib atasını gözləyən balalar. Balaca canları ilə həsrət çəkdi onlar. Bəziləri isə söyləmək ağır da olsa, ataları ilə əbədi vidalaşib. Hansı ki, mən sizə vaxtsız böyüyən balaca qəhrəmanlarımızdan bəhs edirəm. Şəhid qardaşlarımızın bizə əmanət qoyub getdiyi balaca qəhrəmanlar.

Bəziləri atalarının bu dünyadan köçdüyü gün gəldi dünyaya. Bəziləri isə hələ çox balacadır, vətənin indiki halını, itirdiklərini, qazandıqlarını anlamır. Ancaq vətəncanlıdır. Bayraq, himn, Azərbaycan sevdalısıdır. Ən ağrılı yeri isə bəzi uşaqların heç nədən xəbəri olmadığı üçün hələ də pəncərədən boylanıb, atasının gəlişini gözləməsidir.
 
Bu uşaqların ataları, ana dedikləri vətənin qoynunda uyuyur. atalarının qanı bahasına azad etdiyi bu torpaqlar bu körpələrindir. Çünki onların da damarlarında şəhid qanı axır. Bu balalar Azərbaycanın qan qardaşlarıdır.