Yaşadığı evin tavanı hər an ÇÖKƏ BİLƏR - Qarabağ Qazilərinə SAHİB ÇIXAQ - VİDEO
    • 27-11-2020, 17:00
    • 1 295

Yaşadığı evin tavanı hər an ÇÖKƏ BİLƏR - Qarabağ Qazilərinə SAHİB ÇIXAQ - VİDEO

Fotoda gördüyünüz İkinci Qarabağ Müharibəsinin iştirakçılarından biri olan qazi əsgərimiz Mahmudov Yusifdir.


News24.az xəbər verir ki, Yusif Füzuli istiqamətində gedən gərgin döyüşlərdə yaralanıb. 

O, Beyləqan rayonunda müddətli hərbi xidmət edən hərbi qulluqçu idi və tərxis olunmasına 6 ay qalmışdı. İkinci qarabağ Müharibəsinə də Beyləqandan yola düşüb. 

M.Yusif şiddətli döyüşlər nəticəsində travma aldığını bildirib. Yusifin ayağı və qolu ortadan qırılıb. Ayağı 7 sm kəsilib. 

Ailə üzvləri 4 nəfərdən ibarətdir. Bir qardaşı var. Evin gəlir mənbəyi olan yeganə şəxs atasıdır. Ancaq qeyd olunur ki, o da mütəmadi çalışa bilmir. Özünün vurğuladığı və videodan da aydın göründüyü kimi, qazimizin mənzil-məişət şəraiti yaxşı deyil. Təkotaqlı evin tavanı hər an çökə bilər. 

Mahmudov Yusifə yardım etmək istəyən insanlar üçün əlaqə ünvanları aşağıdakılardır:

Yaşadığı ünvan: Binəqədi rayonu, Azadlıq prospekti, bina 10, mənzil 14.

Əlaqə nömrəsi: 050 766 62 73

Bank hesabı: