Koronavirusa yoluxmamaq üçün evdən çölə ÇIXMIR
    • 30-11-2020, 12:25
    • 580

Koronavirusa yoluxmamaq üçün evdən çölə ÇIXMIR

Xalq artisti Məleykə Əsədova koronavirusdan qorunma sirrlərini açıqlayıb.

News24.az xəbər verir ki, aktrisa evdən çölə çıxmadığını etiraf edib: "İşim yoxdursa, bütün günü evdə oluram, şeirlər hazırlayıram. Qızımla birlikdə ev işləri ilə məşğul oluruq. Çox vacib işim yoxdursa, evdən çıxmıram. Bütün günü çoxlu meyvə və tərəvəz yeyirəm, bol-bol su içirəm. Ən əsası isə limon, zəncəfil, cəfəri ilə detoks edib içirəm. Bir də bal, zəncəfil və limon qarışığından səhər duran kimi 2 xörək qaşığı yeyirəm. Çalışaq özümüzü və doğmalarımızı qoruyaq. Maskasız və spirtsiz olmaz".

Sevda Bayramova