600 min şəxsə 190 manat ödəniləcək
    • 8-12-2020, 14:37
    • 324

600 min şəxsə 190 manat ödəniləcək

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.

News24.az xəbər verir ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında yer alıb.

Qeyd edilib ki, eyni zamanda zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.