Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb, ölən var - FOTOLAR
    • 5-01-2021, 15:43
    • 278

Dövlət Agentliyinə məxsus yük avtomobili qəzaya düşərək aşıb, ölən var - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən News24.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda "Kia" markalı minik avtomobilinin “UAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.