Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsait açıqlandı
    • 5-01-2021, 16:08
    • 359

Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsait açıqlandı

Yanvarın 5-dək Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Ordusuna Yardım Fonduna cari il yanvarın 5-dək   211.920.320,58 AZN, 11.176.390,65 ABŞ dolları, 183.484,92 avro, 593.924,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.