YAŞAT Fondu yalnız bu halda məbləği müraciət edən şəxsin özünə ödəyəcək
    • 8-01-2021, 13:01
    • 875

YAŞAT Fondu yalnız bu halda məbləği müraciət edən şəxsin özünə ödəyəcək

"Ev təmirindən başqa bütün hallarda biz məbləği şəxsin özünə yox, müəssisənin özünə edəcəyik. Yalnız ev məsələsində ödənişi şəxsin özünə veririk və bu barədə akt tərtib olunur. 3 aydan sonra baxış keçirəcəyik. Əgər təyinatına görə istifadə olunmursa, şəxsin ikinci ev müraciətinə baxılmayacaq".

News24.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun fəaliyyətinə, həmçinin Fondun portalının təqdimatına həsr olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.