Koronavirus yeni fobiya yaratdı - Mütəxəssislərdən XƏBƏRDARLIQ
    • 13-01-2021, 11:14
    • 396

Koronavirus yeni fobiya yaratdı - Mütəxəssislərdən XƏBƏRDARLIQ

Koronafobiya haqqında məlumat verən ekspert psixoloq Enisə Öziç İngiltərədə aşkar edilən koronavirusun mutasiyaya uğramış yeni növünün yoluxuculuğunun artması məlumatının insanlarda stressə yol açdığını bildirib. 

News24.az Türkiyə KİV-nə əsasən bildirir ki, Öziç Koronavirusun psixoloji və sosial problemlər yaradacağını qeyd edib.

Ekspert hesab edir ki, koronavirusun diaqnoz meyarları hələ müəyyən edilməmiş və ya elmi ədəbiyyata ötürülməmiş olsa da, alimlər tərəfindən pandemiyanın psixoloji nəticəsinin koronafobiya şəklində ola biləcəyi proqnozlaşdırılır: "Koronavirusun təsiri nəticəsində bir çox psixiatrik problem riskinin artdığı da qəbul edilir. Koronafobiya və fərdi digər fobiyalar narahat düşüncələrə sövq edərək şəxsin davranışını məhdudlaşdıra bilər".