"Yeni layihəmi sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm..." - AYGÜN KAZIMOVA - VİDEO
    • 26-01-2021, 10:26
    • 662

"Yeni layihəmi sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm..." - AYGÜN KAZIMOVA - VİDEO

Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.

News24.az xəbər verir ki, müğənninin 50 yaşı tamam olub. Bu münasibət ilə hər il olduğu kimi bu yaşında da sənətçi sevənlərini sevindirib. O, yeni klipini dinləyicilərinin ixtiyarına verib.

A. Kazımova bu barədə sosial media hesabında paylaşım edərək: "Doğum günümdə təqdim etdiyim yeni layihəmi, gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm" sözlərini yazıb.

Sevda Bayramova