Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana yola düşdü
    • 6-02-2021, 10:02
    • 500

Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana yola düşdü

“Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq, səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir.

Səfərlərin məqsədi həmin ərazilərdə erməni vandallığını əyani şəkildə göstərməkdir.