Rusiya benzin ixracına qoyulan qadağanın müddətini UZATDI
    • Bu gün, 15:13
    • 60

Rusiya benzin ixracına qoyulan qadağanın müddətini UZATDI

Rusiya energetika nazirinin müavini Pavel Sorokin avqust ayından başlayan benzin ixracına məhdudiyyətin oktyabrın sonuna qədər davam edəcəyini bildirib.

News24.az xəbər verir ki, Sorokin Rusiya parlamentinin aşağı palatası Dumadakı çıxışında ölkəsinin yanacaq bazarında baş verənləri dəyərləndirib.

Önümüzdəki aylarda yanacaq bazarında hər hansı bir problem istəmədiklərini vurğulayan Sorokin, "Bu səbəbdən avqust ayı üçün benzin ixracına qoyulan qadağa qaldırılmayacaq. Bundan əlavə, ixracatı məhdudlaşdırmaq üçün prinsipial qərar qəbul etdik, - deyib.

Sorokin bildirib ki, dizelə qadağa qoyulması gündəmdə deyil.

Xatırladaq ki, Rusiya Baş Nazirinin müavini Aleksandr Novak iyulun 23-də benzin ixracına qoyulan qadağanın avqustun 1-dən yenidən qüvvəyə minəcəyini açıqlayıb.

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub.

Bu qiymət artımı ilə əlaqədar hökumət vaxtaşırı ixrac məhdudiyyətləri qoyur.


Məryəm İlhamqızı