"Füzulini sənin ad gününə hədiyyə etdik" - AFAQ BƏŞİRQIZI
    • 10-02-2021, 19:25
    • 2 591

"Füzulini sənin ad gününə hədiyyə etdik" - AFAQ BƏŞİRQIZI

Bu gün Rusiyanın İvanovo şəhər Dumasının deputatı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) İvanovo regional şöbəsinin rəhbəri, "Tərəqqi" medalı laureatı mərhum Sərraf Məmmədovun anadan olmasının 56 illiyidir. 

Xalq artisti Afaq Bəşirqızı mərhum deputat haqda News24.az-a açıqlama verib: "Gözəl insan, əziz dostum bu gün sənin ad günündür. Sənsiz artıq bir ildir yaşayırıq. Sən yoxsan, amma heç cür bu yoxluğu qəbul edə bilmirik. Çünki, sən hər zaman bizim qəlbimizdə yaşayacaqsan. Sən elə gözəl  oğulsanki. Bu gün sənin 56 yaşın tamam olur. Sən qayğıkeş ata, dost, insansan və Azərbaycanın adını ucaldan igid qardaşımsan. Şərraf Rusiyada bütün azərbaycanlıları bir simada təmsil etməyi bacarıb. Daim onlara kömək əlini uzadıb. Çox qocaltdın bizi. Sən hər zaman bizim üçün 55 yaşda qalacaqsan, amma biz yaşlanacağıq. Gözlərin aydın olsun qardaşım, Füzulimiz işğaldan azad olundu. Bu qələbəni sənin ad gününə hədiyyə etdik".

Qeyd edək ki, deputat Sərraf Məmmədov Füzulinin Mandı kəndində anadan olub. 

O, aprelin dördü 2020-ci ildə vəfat edib.

Sevda Bayramova