"Qapalı fotolar bəyəni yığmır, amma açıq-saçıq şəkillərə reaksiya çox olur" - DİLARƏ KAZIMOVA
    • 11-02-2021, 11:28
    • 888

"Qapalı fotolar bəyəni yığmır, amma açıq-saçıq şəkillərə reaksiya çox olur" - DİLARƏ KAZIMOVA

Müğənni Dilarə Kazımova ARB TV-də yayımlanan "Xəbər-ətər" verilişində qonaq olub.

News24.az xəbər verir ki, o, açıq-saçıq fotolarından danışıb: "Həmişə deyirlər ki, niyə belə açıq-saçıq geyinirsən. Axı, sənin gözəl səsin var? Açıq-saçıq geyinəndən sonra daha da məşhur oldum. Bu, məndən asılı deyil, obrazdır. Şəkillər də məqsədəuyğun çəkilir. Qapalı fotolar bəyəni yığmır. Dekolteli şəkillərə isə reaksiya çox olur".

Sevda Bayramova