Piyadanı maşını ilə vurub öldürdü - VİDEO
    • 15-02-2021, 13:04
    • 393

Piyadanı maşını ilə vurub öldürdü - VİDEO

Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən edilməmiş avtomobil tərəfindən vurulub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində idarə etdiyi “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.