Sevgililər Gününü kafedə qeyd edən 15 nəfər cəzalandırıldı - VİDEO
    • 17-02-2021, 16:18
    • 473

Sevgililər Gününü kafedə qeyd edən 15 nəfər cəzalandırıldı - VİDEO

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, “Cənub” kafesində 14 fevral günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb. 

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.