-
- 19-02-2021, 17:14
- 840
“Demokratiya tarixinə QIZIL HƏRFLƏRLƏ yazılacaq istefa”- Gürcüstan ÇALXALANIR
Ötən gün Gürcüstanda məhkəmənin müxalif Vahid Milli Hərəkat partiyasının lideri Nika Meliya ilə bağlı həbs qərarı verməsi ölkədə siyasi çaxnaşma yaradıb. Yekun olaraq isə siyasi böhran baş nazir Georgi Qaxariyanın istefası ilə nəticələndi. Qaxariyanın yerinə isə 2013-2015-ci illərdə hökumətə başçılıq etmiş İrakli Qaribaşvilinin namizədliyi irəli sürülür. Hazırda ölkədə vəziyyət gərgin olaraq qalır.
Gürcüstanda baş verən prosesləri şərh etməsi üçün Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ilə həmsöhbət olduq.
O News24.az-a danışarkən bildirib ki, Gürcüstandakı hadisələr demokratiya tarixində ilklərdən biridir:
“2019-cu ilin iyununda müxalif siyasətçi Nika Meliya zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olundu. Tiflis Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb, elektron qolbaq vasitəsilə nəzarətdə alındı. Bu, bir növ onu alçaltmaq üçün atılmış addım idi. N.Meliya ötən ilin noyabrında qolbağı çıxardı. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırıldı və ödənilməsi üçün 50 gün müəyyən edildi. Müddət fevralın 12-də başa çatdı. N.Meliya girovu ödəməkdən imtina etdi. Meliyanın o qədər pulu yox idi ki, cəriməni ödəsin. Partiyadaşları yığıb həmin məbləği ödəyə bilərdilər. Ancaq ortada prinsipial məsələ var. Söhbət demokratik dəyərlərin qorunub saxlanılmasından gedir. Buna görə də o, açıq sürətdə qəzetlərə də məlumat verərək dedi ki, hökumətin hüquq-mühafizə orqanlarının haqqında qaldırdığı iddialar əbəsdir və bu iddialara tabe olmayacaq. Belə olduğu təqdirdə onu məhkəməyə cəlb etdilər. Məhkəmə isə onu həbs edib cəmiyyətdən təcrid etmək barədə qərar çıxardı.
Baş nazir Georgi Qaxariya isə bu qərarla razılaşmadı və etiraz etdi. Hökumətdə isə bununla bağlı fikir çarpazlığı yarandı. Nəticədə isə o, baş nazir vəzifəsindən istefa etdi. Bu, həm Gürcüstan, həm də dünya demokratiyası tarixində görünməmiş hadisələrdən biri idi. Baş nazir öz postunu müxalifətin liderinin həbsinə görə tərk etdi”.
Politoloq vurğulayıb ki, Gürcüstanda artıq yeni bir situasiya formalaşmağa başlayıb: “Polis belə məhkəmənin göstərişinə baxmayaraq, Meliyanı həbs etməkdən imtina etdi. Hüquq-mühafizə orqanlarının içərisində itaətsizlik başladı. Siyasətdən getdiyini deyən, əslində isə siyasətin bütün iplərini əlində saxlayan Bidzina İvanişvili yenidən siyasi proseslərə qatıldı. İstefaya getmiş baş nazirin əvəzinə müdafiə nazirini təyin etdirdi. Bu yaxınlarda parlament təsdiq etməlidir. Prosedura görə, Meliya haqqında yeni məhkəmə olmalıdır.
Gürcüstan bu hadisədən sonra dərin şoka düşüb. Əhali İvanaşvili başda olmaqla "Gürcü arzusu – Demokratik Gürcüstan Partiyası"-nın hərəkətlərinə çox ciddi etiraz edir. Yeni parlament seçkilərinin keçirilməsini tələb edir.
Onu da qeyd etməliyik ki, ABŞ başqa olmaqla qərb ölkələri Gürcüstanda həm demokratiya dərsi verən sabiq baş nazirin hərəkətlərini, həm də müxalifətin bununla bağlı bəyanatlarını və etirazlarını təqdir edirlər”.
Qabil Hüseynli deyib ki, Georgi Qaxariyanın istefası demokratiya tarixinə qızıl hərflərlə yazılacaq.
Siyasət şöbəsi