Ağcabədi sakininin evindən 10 kq-dan artıq narkotik götürüldü
    • 25-02-2021, 12:44
    • 278

Ağcabədi sakininin evindən 10 kq-dan artıq narkotik götürüldü

Ağcabədi sakini narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə  görə, polis  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Cəfərovun evinin zirzəmisinə baxış zamanı oradan 10 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.