Öldürülən Qaşıqçının nişanlısından Səudiyyə şahzadəsi ilə bağlı AÇIQLAMA
    • 1-03-2021, 12:36
    • 362

Öldürülən Qaşıqçının nişanlısından Səudiyyə şahzadəsi ilə bağlı AÇIQLAMA

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz ABŞ-ın Krallığın Vəliəhdi Məhəmməd bin Salmanın qətldə iştirakı ilə bağlı hesabat yayımlamasından sonra onun cəzalandırılmasını istəyib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, X.Çingiz hesabatdan razı qaldığını bildirib: "Artıq məlum olan həqiqət bir daha təsdiqləndi. Lakin bu kifayət deyil. Vəliəhdin heç bir leqitimliyi qalmayıb. Bunu qəbul edib günahsız bir insanı vəhşicəsinə öldürmək əmrinə görə cəzalandırmağın vaxtı gəldi".

Onun sözlərinə görə, vəliəhdin cəzalandırılması gələcəkdə oxşar cinayətlərin qarşısını almağa kömək edəcək:"Cinayət cəzasız qalarsa, bu, bütün bəşəriyyət üçün qara bir ləkəyə çevriləcək".