"Anamın "ərə get, mən nənə olmaq istəyirəm" dırdırları məni məcbur etdi..." - GÜNEL
    • 2-03-2021, 11:07
    • 384

"Anamın "ərə get, mən nənə olmaq istəyirəm" dırdırları məni məcbur etdi..." - GÜNEL

Teleaparıcı Günel Hümbətovanın sosial şəbəkədə yazdığı statusu diqqət çəkib.

News24.az xəbər verir ki, Günel paylaşımında ailə qurmasından danışıb: "Bəzən qərarı özümüz verdik zənn edərik, əslində o qərar bizim qərar olmur. 23 yaşımda evlənmişəm bilirsiz. Mən ümumiyyətlə ailə quracaq son insan idim. 30-35 yaşıma kimi həyatımı karyerama və səyahətlərə həsr etməyi planlaşdırırdım amma anamın "ərə get, mən nənə olmaq istəyirəm" dırdırları qarşıma çıxan ilk mənə uyğun insanla evlənmək qərarı verib dərhal ana olmağıma səbəb oldu. Qızımı və yoldaşımı sevirəm, yaxşı ki həyatımdadırlar. Amma şüuraltı olaraq tez evlənmə qərarı verməyimin altında bu durur. Niyə Amerikada yaşamağı seçməyimin də kökündə nələrsə dayanır. Həmişə soruşanlara şüurlu şəkildə "təsadüfən belə alındı, yoldaşım burada yaşayırdı" deyirdim. Amma şüuraltımda kiflənmiş cəmiyyətdən qaçmaq dururdu..Sadəcə bölüşmək istədim. Bəzən verdiyimiz qərarları özümüzün verdiyini zənn edirik əslində isə buna bizi şüuraltı nəsə vadar edir. Valideynlərin isə hər dediyi yaxşı məsləhət olmur. Bunu bilərək həyatınıza davam edin".

Sevda Bayramova