-
- 9-03-2021, 17:15
- 414
Şamaxıda və Göygöldə erkən xəbərdarlıq sistemi yaradıldı - - Fotolar
Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.
Qeyd olunan Saziş, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən, Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.
Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib.
Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.
Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart 2021-ci il tarixində istifadəyə verilib. Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Zoltan Szalai, “Spesosnasheniya” şirkətinin rəhbəri Aliya Nurakişeva iştirak edib.