"Beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq"- FİRDOVSİ ƏLİYEV
    • 16-03-2021, 15:25
    • 403

"Beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq"- FİRDOVSİ ƏLİYEV

Azərbaycan azsulu ölkələrdəndir. Tələbatımızın 70 faizi kənardan formalaşır. Su potensialının çox hissəsi Qarabağdadır. Bununla bağlı müvafiq monitorinq işləri aparılır.

News24.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan dəfələrlə ekologiya ilə bağlı konvensiyaları pozub: "Monitorinqlər nəticəsində ilkin araşdırmalar beynəlxalq qurumlara təqdim ediləcək. Düşmənlər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıblar. Həmçinin, onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülürdü. Nəticədə təbiətimizi və çaylarımızı çirkləndirirdilər. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".