Azad edilən ərazilərdə hərbçilər üçün ərzaq anbarları tikillib - FOTOLAR
    • 17-03-2021, 12:14
    • 284

Azad edilən ərazilərdə hərbçilər üçün ərzaq anbarları tikillib - FOTOLAR

İşğaldan azad edilən ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanının tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.