SON DƏQİQƏ: Azərbaycanda yeni ştamm aşkarlandı
    • 18-03-2021, 12:16
    • 437

SON DƏQİQƏ: Azərbaycanda yeni ştamm aşkarlandı

Azərbaycanda yeni ştamm aşkarlanıb.

News24.az-ın məlumatına görə, Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.  

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.