Nigeriya da koronavirusa qarşı vaksin hazırladı
    • 23-03-2021, 13:22
    • 262

Nigeriya da koronavirusa qarşı vaksin hazırladı

Nigeriyalı alimlər koronavirusa qarşı 2 vaksin hazırlayıblar.

News24.az xəbər verir ki, bu barədə yerli "Vanguard" qəzeti ölkə prezidentinin COVID işçi qrupunun rəhbəri, federal katib Bossa Mustafaya istinadən xəbər yayıb. Bildirilib ki, sözügedən peyvəndlərin tezliklə kliniki sınaqdan keçirilməsi və sertifikatlaşdırılması prosesinə başlanılacaq. 

B.Mustafa bütün müvafiq qurumları peyvəndlər üçün qalan sertifikatlaşdırma protokollarının problemsiz şəkildə həyata keçirilməsi prosesində lazımi dəstək və əlverişli mühit təmin etməyə çağırıb.