Banqladeşdə müsəlman qaçqın düşərgəsində yanğı - 28 ÖLÜ, 400 İTKİN
    • 24-03-2021, 09:58
    • 401

Banqladeşdə müsəlman qaçqın düşərgəsində yanğı - 28 ÖLÜ, 400 İTKİN

Banqladeşin "Balukhali" qaçqınlar düşərgəsində yanğn baş verib.

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, Koks-Bazar şəhərindəki yanğın zamanı 28 nəfərin ölüb, 40-dan çox şəxs yaralanıb, 400 nəfərdən isə hələ də xəbər almaq mümkün olmayıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki nümayəndəsi Yohannes Van der Klaauv bildirib ki, azı 10 min sığınacaq yanıb. Bu isə təxminən 45 min insanın evsiz qaması deməkdir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qruplarının bölgədə çalışdığını dilə gətirən Klaauv yanğın üçün "çox böyük və dağıdıcı" ifadəsini istifadə edərək, klinikaların və paylama mərkəzlərinin fəlakətdə yararsız hala gəldiyini deyib.

O, yanğından sonrakı yardım səylərini Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əlaqələndirdiklərini və bu səylərdə prioritetlərinin qadın və uşaqlar olduğunu qeyd edib.

Qeyd edək ki, Bangladeş səlahiyyətliləri yanğınınla bağlı istintaq işlərinə başlayıblar.