Ermənistanda hərbi vəziyyət ləğv edildi
    • 24-03-2021, 10:46
    • 416

Ermənistanda hərbi vəziyyət ləğv edildi

Ermənistan parlamenti 27 sentyabr 2020-ci ildə ölkədə tətbiq olunan hərbi vəziyyəti ləğv edib.

News24.az RİA-ya istinadən xəbər verir ki, "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" müxalifət qrupları tərəfindən təklif olunan layihənin qəbul edilməsinin lehinə 118 millət vəkili səs verib. Deputatlardan 1-i qanunun əleyhinə çxııb.Daha bir millət vəkili isə bitərəf mövqedə olub.

Bildirilib ki, hərbi vəziyyətin ləğvi erkən seçkilərin keçirilməsi üçün lazımdır. Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra iki dəfə baş naziri seçə bilməsə seçkilər baş tutacaq. Bu vəziyyətdə Nikol Paşinyan baş nazir vəzifəsini davam etdirəcək.