ÜST:
    • 24-03-2021, 12:02
    • 281

ÜST: "Koronavirusun artması davam edəcək"

"Avropanın əksər ölkələrində koronavirusun artması qarşıdakı həftələrdə də davam edəcək".

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Klugedeyib. O bildirib ki, Avropanın əksər ölkələrində xəstəlik sürətlə yayılır:"Gündəlik yoluxma və ölüm sayı artır. Düşünürük ki, qarşıdakı dörd həftə ərzində bu göstəricilər daha da çox olacaq. Amma peyvəndləmə sürətlənərsə, insanlar qoruyucu maskalardan daha çox istifadə edərsə, bunun qarşısını almaq olar".