Kraliçanın sarayında təhlükəli anlar - QURĞU ZƏRƏRSİZLƏŞDİRİLDİ
    • 24-03-2021, 19:21
    • 318

Kraliçanın sarayında təhlükəli anlar - QURĞU ZƏRƏRSİZLƏŞDİRİLDİ

Britaniya polisi krallıq hökmdarlarının rəsmi iqamətgahında, Xolirud qəsrində kişini saxlayıb, istehkamçılar qrupu şübhəli qurğunu zərərsizləşdirib.

News24.az xəbər verir ki, bu barədə Şotlandiya polisinə istinadən PA agentliyi bildirib. Agentliyin məlumatına görə, hadisə çərşənbə axşamı olub, ətrafdakı insanlar üçün təhlükə mövcud olmayıb, binaya zərər vurulmayıb.

Araşdırma aparılır.

Böyük Britaniya kraliçası II Yelizaveta 1 ildən çoxdur Edinburqa gəlmir. Qeyd edilir ki, 94 yaşlı monarx və əri, Edinburq hersoqu Filip hələ ötən ilin martında London yaxınlığındakı şəhərkənarı kral iqamətgahı Vindzorda özlərini təcrid ediblər. /report.az