Tanzaniya prezidentinin dəfninə gələn 45 nəfər öldü - ÇOX SAYDA YARALI VAR
    • 30-03-2021, 12:33
    • 386

Tanzaniya prezidentinin dəfninə gələn 45 nəfər öldü - ÇOX SAYDA YARALI VAR

Tanzaniyanın mərhum prezidenti Con Maqufulinin dəfn mərasimində faciə baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin vida mərasimində iştirak edən 45 nəfər yaranan sıxlığa görə ölüb. İzdiham zamanı daha 37 şəxs isə yaralanıb. 

Qeyd edək ki, Con Maqufuli 17 mart tarixində 61 yaşında xəstəxanada vəfat edib.