İşın Karaca 9 yaşlı qızının sualı qarşısında ACİZ QALDI
    • 31-03-2021, 16:02
    • 464

İşın Karaca 9 yaşlı qızının sualı qarşısında ACİZ QALDI

Türkiyəli müğənni İşın Karacanın sosial şəbəkədə yazdığı statusu diqqət çəkib.

News24.az xəbər verir ki, sənətçi “İnstagram”da artıq 52 həftədir işləməməsindən yazıb: “Bu gün doqquz yaşlı qızımın səhər yeməyində mənə verdiyi sualın cavabını tapa bilmədim. Məndən soruşdu ki, “ana, musiqi bitərsə, sən bir daha səhnəyə çıxa bilməsən necə pul qazanacaqsan?” İnanın ki, ona nə cavab verəcəyimi bilmədim. Artıq 52 həftədir ki, işləmirəm. Dövlətdən heç bir dəstək almıram, almaq da istəmirəm. Ötən gün hamamlar və hovuzlar fəaliyyətə başladı. Axı necə ola bilər ki, uşaqlarımız məktəbə gedə bilmir, amma hamama gedəcəklər? Hörmətli nazir, mən doqquz yaşlı qızımın sualını cavabsız qoydum. Bəlkə siz cavabını bilirsiniz?”