"Oğlumun qarşısında həmişə vicdan əzabı çəkirəm..." - İRADƏ İSAQ
    • 17-12-2020, 13:23
    • 779

"Oğlumun qarşısında həmişə vicdan əzabı çəkirəm..." - İRADƏ İSAQ

Aparıcı İradə İsaq sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, aparıcı "İnstagram" hesabında yeni fotosunu paylaşıb. O, paylaşımında ikinci dəfə ana olduqdan sonra sosial şəbəkələrə vaxt ayıra bilmədiyini bildirib: "Məlum, indi körpəliyəm deyə səhifəni əvvəlki kimi aktiv saxlaya bilmirəm. Qızıma özüm baxıram. Evə yardımçı gəlir, amma dayə götürmədim. Niyə? Düşünürəm ki, hər bir qadın övladına özü baxmalıdır. Oğlumda başım karyerama qarışmışdı. Yaxşı ki, anam yardım etdi, o baxdı, qarşısında böyük borcum var. Amma yenə də oğlumun qarşısında həmişə vicdan əzabı çəkirəm. Ona özüm baxa bilmədim deyə. Yunisin uşaqlığı necə keçdi, necə tez böyüdü, illər elə tez keçdi ki. Qızımda artıq bu səhvi etmək istəmirəm. Amma baxıram, səhifəm passivləşsə, maraqsizlaşsa da, izləyicilərim məni tərk etmədilər. Baxıram, insanlar səhifələrini maraqlı saxlamaq üçün əllərindən gəlməyəni də edir. Gündə bir geyim, fotosessiyalar. Təəssüf mən heç nə edə bilmirəm. Amma yenə də siz mənimləsiniz, əzizlərim. Hələ nə qədər sadiq izləyicilərm var burda. Mənə tez-tez yazırlar. Hamısını adbaad bilirəm. Hamınıza təşəkkür etmək keçdi könlümdən. Bu maraqsizligimi mənə keçdiyiniz üçün. Var olun, əzizlərim".

Sevda Bayramova