Gürcüstanda Baş nazirinin müavini İSTEFA VERDİ
    • 31-03-2021, 19:41
    • 377

Gürcüstanda Baş nazirinin müavini İSTEFA VERDİ

Gürcüstanın Baş nazirinin müavini və maliyyə naziri İvane Maçavariani istefa verib.

News24.az xəbər verir ki, İ.Maçavariani bu barədə “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, istefa ilə bağlı hələ ötən ilin sonundan qərara gəlib: "Ancaq 2021-ci ilin böhran büdcəsinin qəbulunu, BVF ilə proqramın tamamlanması ilə bağlı vacib danışıqları gözlədiyimdən bu qərarımı bir neçə ay təxirə salmışdım".