İlham Rəhimov şəhid Elşadın ikinci övladını da himayəyə götürdü - FOTO - VİDEO
    • 1-04-2021, 14:33
    • 553

İlham Rəhimov şəhid Elşadın ikinci övladını da himayəyə götürdü - FOTO - VİDEO

“Şəhid Elşadımla bağlı çox arzularım yarıda qaldı. Amma onun bizə əmanət qoyduğu iki balası ilə bağlı xəyallarımın, istəklərimin həyata keçəcəyinə çox inanıram. Onların ataları kimi qəhrəman, vətənsevən, həm də çox ləyaqətli ziyalı kimi yetişəcəklərinə əminəm. Çünki nəvələrimə atalarının xatirəsinə dəyər verən, onun şəhid adını uca tutan, gözəl, mükəmməl insan arxa, dayaq durub. Oğlumun ikinci körpəsini də himayəyə götürüb. Bu yaxşılığa, bu dəstəyə görə İlham müəllimə hər zaman minnətdarlıq duyacağam”.
 
Bu sözləri Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş əsgərimiz Elşad Məmmədovun anası Nuriyyə xanım News24.az-a açıqlamasında bildirib.

Şəhidin anası qeyd edib ki, bu günlərdə Elşadın adının verildiyi və dünən dünyaya gəlişinin 40 günü tamamlanan körpəsini də Rusiyada yaşayan tanınmış iş adamı, professor İlham Rəhimov qanuni olaraq himayəsinə götürüb.

Qeyd edək ki, ailənin birinci övladı Məhəmməd də artıq bir ildir ki iş adamının himayəsindədir. Ötən il İlham Rəhimov Tovuz rayonuna səfər edərək şəhidin ailəsi ilə görüşüb azyaşlının bütün ehtiyaclarını qarşılayacağını, onun sağlam böyüməsi, yüksək təhsil alması üçün əlindən gələni edəcəyini bildirmişdi.

Nuriyyə xanımın sözlərinə görə, bundan belə eyni dəstək Elşadın ikinci övladına da göstəriləcək: “Elə bayram, elə bir özəl gün olmadı ki, İlham müəllim bizi zəng edib axtarmasın. Hər ehtiyacımızda, hər çətinliyimizdə yanımızdadır. Uşaqların heç bir korluğu, çətinliyi yoxdur. İkinci nəvəmin sağlam doğulması üçün də ona ayrıca minnətdaram. Bu günədək nə problemimiz olsa, həll eldib. Dərdimizə şərik olmaq, acımızı ovutmaq üçün əlindən gələni edib. Mən onun bu yaxşılığını heç zaman unutmayacam”.

Xatırladaq ki, mərhum qəhrəmanımızın ikinci övladının dünyaya gəlişi və xəstəxanadan çıxarılması zamanı iş xanımı Ruhi Əliyeva da ailənin yanında olub. Məhz onun təşəbbüsü ilə doğuş əməliyyatı tanınmış ginekoloq İlahə Quliyeva tərəfindən həyata keçirilib.  

News24.az