Əhməd Mustafayevi qərarından döndərən Seva - VİDEO
    • 3-04-2021, 13:52
    • 479

Əhməd Mustafayevi qərarından döndərən Seva - VİDEO

Müğənni Əhməd Mustafayev ilə Sevanın uzun zamandır hazırladığı "Yüzümə Bak"ı təqdim olunub. 

News24.az xəbər verir ki, bu günə kimi xanım həmkarlarından yalnız Ayan Babakişiyeva ilə duet oxuyan Əhmədin bu dəfəki seçimi Sevinc Ağaşirinova (Seva) olub. 

Qısa metrajlı filmi xatırladan ekran işinin rejissoru Ramal Nəsiblidir. Bəstənin musiqisi Çingiz Əliyev, sözləri Nicat Feyziyev və Çingiz Əliyevə məxsusdur.

Klipdə ifaçıların obrazı müasir "Bonni və Klayd"ır.