Göygöldə KAFE YANDI
    • 7-04-2021, 09:13
    • 203

Göygöldə KAFE YANDI

Göygöl rayonunda yanğın hadisəsi baş verib.

News24.az Fövqəladdə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Toğanalı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli fəaliyyət göstərməyən kafenin çardağının yanar konstruksiyaları və tavanı 25 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd soyuducunun üzlüyü qarsalanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.