Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı
    • 8-04-2021, 18:20
    • 285

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

News24.az xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov "Report"un yerli bürosuna bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir. /Report.az/