Valideynlərini koronavirusdan itirən Səlim gecə yarısı QƏBİRİSTANLIQDA - VİDEO
    • 13-04-2021, 13:51
    • 526

Valideynlərini koronavirusdan itirən Səlim gecə yarısı QƏBİRİSTANLIQDA - VİDEO

Əməkdar artist Səlim Abbasov gecə yarısı qəbiristanlığa yollanıb.

News24.az xəbər verir ki, o, bir neçə həftə əvvəl dünyasını dəyişən valideynlərinin məzarını ziyarət edib. Skripka ifaçısı bunla bağlı sosial şəbəkədə paylaşım edərək bunları yazıb: "Səhərə kimi beş fərqli yuxu görmüşəm. Darıxdım evdə və sizi ziyarət eləməyə gəldim. Bu gün sizi çox yaxşı gördüm, üzünüz gülürdü. Bəlkədə məni gördünüz üzünüz güldü. Bu dünyadan köçməyinizlə mənə böyük zərbə vurdunuz. Səhərdən axşama qədər dərmanlar qəbul edirəm, təsiri yoxdur. Üç-dörd gündür ürəyim sancır. Səhərə yaxın iki-üç saatlıq yuxuya gedirəm. Belə olmağınızı istəmirdim, qanadımı sındırdınız. Bu dünyadan getməklə pislikdən, şərəfsizlikdən canınızı qurtardınız. Amma siz fikirləşməliydiniz ki, nəvələrinizin əlindən tutub sevinə-sevinə məktəbə aparmalısınız. Bəs indi necə olacaq? Sizi gözəl yerlərdə gəzdirəcəkdim. Allahın dərgahını hər şeydən üstün tutdunuz. Xarabaya qalsın pandemiyanı. Nə qədər insan bu şərəfsizliyin qurbanı oldu".

Qeyd edək ki, Səlim hər iki valideynini koronovirusdan itirib.