Bu restoranlar cərimələndi - SİYAHI
    • 14-04-2021, 15:11
    • 891

Bu restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan News24.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 13 aprel 2021-ci il tarixində ölkə üzrə 438 ictimai iaşə obyektində 752 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu ‎rayonu, M. Fətəliyev küçəsi 72 ünvanında yerləşən, fiziki şəxs Qasımov Müslüm Həsən oğluna məxsus çayxana;

2. Bakı şəhəri, Sabunçu ‎ ‎rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Bəxtiyar Vəli oğluna məxsus “Smak” kafesi;

3. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində (R. Ş. Mirzəyev küçəsi ilə kəsişməsi) yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus “Nanə” restoranı;

4. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən, fiziki şəxs Əyubova Aidə Ələkbər qızına məxsus “Coffe Elea” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;

6. Bakı şəhəri, Nərimanov rayonu, S. Vurgun küçəsi, ev 138 ünvanında yerləşən, fiziki şəxs Əliyev Əlibəy Rauf oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Atatürk prospekti, ev 6a ünvanında yerləşən, fiziki şəxs Xancanlı Asif Vidadi oğluna məxsus “Karvansaray” restoranı;

8. Bakı şəhəri, Nərimanov ‎rayonu, K. Rəhimmov küçəsi 13a ünvanında yerləşən, fiziki şəxs Qarayev Orxan Qara oğluna məxsus “Pak dad” restoranı;

9. Bakı şəhəri, Səbail ‎rayonu, Nizami küçəsi, ev 54 ünvanında yerləşən, hüquqi şəxs “East Town” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “East Town” restoranı;

10. Bakı şəhəri, Qaradağ ‎rayonu, Lökbatan qəsəbəsində yerləşən, fiziki şəxs Həsənov Fazil Cəlil ogluna məxsus kafe;

11. Bakı şəhəri, Qaradağ ‎rayonu, Ələt qəsəbəsi, Bakı-Qazax yolunun 69-cu kilometrliyində yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Çingiz oğluna məxsus kafe;

12. Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, fiziki şəxs Orucov Röyal Elman oğluna məxsus “Tadım” dönər evi;

13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Şıxməmmədova Şahnaz Bəhərçin qızına məxsus “Köz dönər” dönər evi;

14. Bakı şəhəri, Xətai rayonu, H. Salmani küçəsi 1 ünvanında yerləşən, “Samara Turizm və Catering” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Happy Inn” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

15. Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən, fiziki şəxs İsgəndərov Məzahir Məhərrəm oğluna məxsus “Ədalət” kafesi;

16. Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mirzəyev Məhəmməd Məhəmməd oğluna məxsus kafe;

17. Gəncə şəhəri, H. Əliyev prospekti 112 ünvanında yerləşən, fiziki şəxs Zeynalabidinov İsgəndər Aydın oğluna məxsus “Aydın” dönər evi;

18. Lənkəran şəhəri, Digah kəndində yerləşən, fiziki şəxs Rəcəbov Qurban Malik oğluna məxsus çay evi;

19. Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, fiziki şəxs Qəmbərov Sultan İmamulla oğluna məxsus çay evi;

20. Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən, fiziki şəxs Qədirov Fəqan Fazil oğluna məxsus “Zeynəb” restoranı;

21. Kürdəmir rayonu, Muğanlı kəndində yerləşən fiziki şəxs Cəbrayıl Natiq oğluna məxsus “Muğanlı”

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.