Azərbaycan əsilli reper Moskvada həbs edildi
    • 15-04-2021, 15:55
    • 290

Azərbaycan əsilli reper Moskvada həbs edildi

Azərbaycan əsilli reper Elmin Quliyev Rusiyada 4 il müddətinə həbs edilib.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Moskva məhkəməsi qərar qəbul verib. Avtobil qəzası törədərək 3 nəfərin yaralanmasına səbəb olan reper cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Qeyd edək ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. "Infiniti" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək başqa bir maşınla toqquşub. Zərbədən avtomobil insanların gəzdiyi səkiyə çırpılıb.

Qəza nəticəsində iki piyada, habelə qəzanı törədən avtomobildəki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.