"Sputnik V" vaksininin Türkiyədə istehsalı TƏSDİQLƏNDİ
    • 19-04-2021, 08:54
    • 382

"Sputnik V" vaksininin Türkiyədə istehsalı TƏSDİQLƏNDİ

Türkiyə Rusiyanın "Sputnik V" peyvəndi istehsalını təsdiqləyib. 

News24.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti koronavirus ilə əlaqədar Elmi Şuranın üzvü Afşin Emre Kayıpmaza istinadən məlumat yayıb.

O bildirib ki, Türkiyədə peyvənd istehsalı mərhələsində bəzi sınaqlar aparılıb və bu proseslə əlaqəli şirkət sorğusuna əsasən təsdiq alıb.