-
- 23-04-2021, 18:42
- 391
"Ötən il 12500-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib" - Nazir
Qlobal pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda sosial proqramların geniş vüsət alması təmin edilib, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4,8 milyondan çox vətəndaşı əhatə edən ciddi dəstək tədbirləri reallaşdırılıb.
News24.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası ilə onlayn formatda keçirilən görüşdə bildirib.
Nazir Prezident İlham Əliyevin tapşırığına əsasən ötən dövrdə ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Xüsusilə 2019-cu ildə sosial paketlər çərçivəsində 4,2 milyon insanı əhatə edən sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istiqamətlər üzrə 2 dəfədən çox artırıldığını diqqətə çatdırıb. Pandemiya dövründə sosial ödənişlərin davamlılığının və daha da artmasının təmin edildiyini bildirib. 2020-ci ildə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat çox vəsait sərf olunduğunu qeyd edib.
S.Babayev dövlət və özəl sektorlarında çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, "Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən bu sahədə nəzarətin təmini, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təminatı işlərindən bəhs edib. Məşğulluq imkanlarının artırılması üçün ötən il ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırıldığını, 12500-dən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini deyib. Sosial yardım proqramının genişləndirilməsi, əlillik, işsizlikdən sığorta ödənişi, sosial yardım alma müddəti bitənlər üçün sosial ödənişlərin davam etdirildiyi və s. istiqamətlərdə dəstək tədbirləri də diqqətə çatdırılıb.
Vurğulanıb ki, ötən il Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər əldə edib. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalından azad olunub. İşğalçı Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə artıq böyük quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq, geniş miqyaslı sosial müdafiə və aktiv məşğulluq proqramları da həyata keçiriləcək.