"Ev şəraitində edilən ekspress testlərin dəqiqliyi daha zəifdir" - TƏBİB AÇIQLADI
    • 26-04-2021, 11:23
    • 491

"Ev şəraitində edilən ekspress testlərin dəqiqliyi daha zəifdir" - TƏBİB AÇIQLADI

"Ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyindən (TƏBİB) deyilib. Bildirilib ki, Azərbaycanda PZR testləri artıq sınaqdan keçirilib: "Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır.  Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR  testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib. Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin  ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil".

Qeyd edək ki, bir neçə gün öncə ev şəraitində istifadə oluna biləcək testlər barədə xəbər vermişdik. 

Məlumat üçün isə bildirək ki, sözügedən testlər koronavirus infeksiyasına yoluxub-yoluxmadığımızı ev şəraitində müəyyən etməyə yardımçı olur. PCL yoxlanış testi Almaniya sertifikatlı Koreya istehsalıdır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Testdən həm qandan, həm də burun suyundan örnək götürərək istifadə etmək mümkündür. Sözügedən testlərin qiymətləri satış yerindən asılı olaraq dəyişir. Qiymətlər 5 ədəd üçün 117-170 AZN arasında dəyişir. Testi tək-tək əldə etmək üçün isə 34 azn ödəmək lazımdır.