Bakının bu küçəsində piyadaların həyatı risk altındadır - FOTO - VİDEO
    • 30-04-2021, 16:20
    • 367

Bakının bu küçəsində piyadaların həyatı risk altındadır - FOTO - VİDEO

Bakının Mixail Kaveroçkin küçəsində qəribə bir mənzərə diqqət çəkir. 

News24.az-ın əməkdaşının lentə aldığı bu görüntüdən də məlum olduğu kimi, ikitərəfli avtomobil yolunun cəmi bir tərəfində piyadalar üçün nəzərdə tutulmuş yolla hərəkət mümkünsüzdür.

Belə ki, həmin küçədə aşağı və yuxarı hərəkət edən piyadalar onlar üçün nəzərdə tutulmuş təhlükəsiz pilləkənli ərazidən istifadə edə bilmirlər. Buna səbəb isə nəyə xidmət etdiyi məlum olmayan köhnə və ölçüsü kifayət qədər böyük olan dəmir borunun yerləşdirilməsidir.

Ərazidə yaşayan sakinlər də bu durumdan artıq ciddi narahatçılıq keçirdiklərini bildirirlər: "Gördüyünüz bu səki yararsız vəziyyətdədir. Bu boru bizə imkan vermir ki, həyatımızı riskə atmayaq. Bu həqiqətən də həyati riskdir, çünki burada avbomobillər çox sürətlə hərəkət edirlər. Bizim üçün hər gün marketdən çörək almaq ölüm-qalım deməkdir. O yolla getsək başımızın əziləcəyindən də qorxuruq". 

News24.az sözügedən ərazidəki səkini və dəmir borunun kadrlarını təqdim edir: