Kanada bu vaksinin istifadəsini DAYANDIRDI
    • 1-05-2021, 12:02
    • 256

Kanada bu vaksinin istifadəsini DAYANDIRDI

Kanadanın Səhiyyə Nazirliyi "Johnson & Johnson" şirkətinin törəməsi olan "Janssen" tərəfindən istehsal olunan koronavirus vaksininin ölkədə istifadəsinin müvəqqəti dayandırıb.

News24.az xəbər verir ki, bu barədə nazirliyin etdiyi açıqlamada bildirilib. Buna səbəb bir müddət əvvəl ABŞ Qida və Dərman İdarəsi (FDA) Baltimordakı zavodda istehsal olunan "Johnson & Johnson" peyvəndlərinin kütləvi çirklənməsi hallarının aşkar edildiyini bildirməsidir. Nəticədə bütün zavodun fəaliyyəti dayandırılıb.

CBC telekanalının yaydığı məlumata görə isə Kanada aprelin 28-də sözügedən vaksindən 300 miz doza alıb. 

Qeyd edilib ki, Kanadaya idxal olunan bütün peyvəndlər kimi, "Janssen" vaksinləri də da yalnız Kanada Səhiyyə Nazirliyi tərəfindən keyfiyyət, təhlükəsizlik və effektivlik baxımından yüksək standartlara cavab verdikdən sonra istifadə ediləcək.