-
- 4-05-2021, 15:56
- 491
ETSN-də kollegiya iclası keçirildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2021-ci ilin 1-ci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında kollegiya iclası keçirilib.
News24.az xəbər verir ki, İclasda Nazirliyin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, həmçinin ETSN yanında İctimai Şuranın sədri iştirak edib.
Kollegiya iclasında ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşri, Nazirliyin fəaliyyət sahələri üzrə monitorinq işlərinin sistemləşdirilməsi, qənaət tədbirləri, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində görülən və planlaşdırılan işlər barədə məruzəçilərin hesabatları dinlənilib, fikir mübadiləsi aparılıb və görüləcək işlər müəyyənləşdirilib.
Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.