-
- 13-05-2021, 14:17
- 1 214
Ruhi Əliyeva Ramazan bayramını şəhid ailələri və qazilərlə keçirdi - VİDEO
Böyük Vətən Savaşı bizə möhtəşəm Zəfərlə yanaşı millətini bütün qəlbiylə sevən, onun azad, qəhrəman bir Xalq olduğunu bir daha sübut edən bir nəsil də ərmağan etdi. Azərbaycanın canları, qanları ilə yurd, torpaq sevgisini özündən sonrakılara ötürə biləcək Vətən sevdalılarının məmləkəti olduğunu bir daha isbatladı. Məhz bu səbəbdən istənilən bayram, istənilən qutlu gün onların igidliyi, cəsurluğu və qorxmazlığı ilə özəldir. Ona görə də hər zaman, xüsusən də, müqədəs Ramazan bayramı günlərində bu cəsur, qorxmaz oğulların, canını torpağa fəda edən igidlərin əzizlərinin yanında olmaq çox önəmlidir. Həmişə bu amacı əsas tutan xeyriyyəçi xanım, Liatris Holdinqin rəhbəri Ruhi Əliyeva növbəti dəfə şəhid ailələri və qazilərimizlə görüşdü.
News24.az-ın xəbərinə görə, bu dəfə iş xanımı Qusar rayonunda yaşayan Vətən fədailərinin əzizilərini və qaziləri müqəddəs Ramazan bayramı münasibətiylə ziyarət etdi.
Liatris Holding və Qusar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə 50-yə yaxın şəhid ailəsi və qazi iştirak etdi. Tədbirdə öncə Qusar rayon icra hakimiyəti başçısının müavini Elman Mustafayev çıxış etdi. Şəhid ailələrini və qaziləri Ramazan bayramı münasibəti ilə təbrik edən E.Mustafayev dövlətimizin, eyni zamanda rayon İcra hakimiyyətinin hər zaman onların yanında olduğunu, problemləri ilə maraqlanmağa, onları həll etməyə hazır olduğunu bildirdi. Qusarın II Qarabağ Müharibəsində 37 oğlunun şəhid, 150-dən artıq əsgərinin qazi olduğunu qeyd edən E. Mustafayev onlara göstərdiyi xüsusi diqqət və gətirdiyi bayram sovqatları üçün xeyriyyəçi xanım Ruhi Əliyevaya təşəkkür etdi.
“Bu gün sizlərlə görüşümüzün əsas məqsədi müqəddəs Ramazan bayramıdır. Amma bizlərə ən böyük bayramı yaşdan sizin oğullarınız, bizim şəhid və qazi qardaşlarımızdır. Bu səbədən qeyd elədiyimiz bütün bayramları sizlərin yetişdirdiyi, böyütdüyü cəsur oğullara borcluyuq. Bu üzdən mən bütün Şəhid analarının əlindən öpürəm”. Bu sözləri isə iş xanımı Ruhi Əliyeva öz çıxışında səsləndirdi.
O, hər zaman şəhid, qazi ailələri ilə görüşməkdən qürur duyğduğunu bildirdi:
“Şəhidlərin əmanətinə sahib çıxmaq, bizə yadigar qoyduqları Vətəni və əzizlərini onlar kimi sevmək hər birimizin onlara verə biləcəyimiz son borcdur. Nə eləsək də, oğlunu itirən anaları təsəlli edə, acısını azalda bilmərik. Amma övlad itkisini Vətən sevgisiylə ovudan hər bir ananın yanında olmaq, cənnət-məkan şəhidlərimizin ruhunu şad eləmək, qazi qardaşlarımızın problemlərinə yardımçı olmaq çox böyük şərəfdir.
Doğrudur, Ali Baş Komandanımız, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə və qazilərimizə böyük dəstək göstərir, arxa-dayaq dururlar. Tez-tez onlarla görüşüb problemlərinə yardım etməyə çalışırlar. Biz də məhz bu ənənənin daşıyıcısı olaraq hər zaman həm Bakıda, həm də bölgələrimzdə yaşayan şəhid ailələri və qazilərimizə mənəvi dəstək olmağa çalışırıq. Bu ənənəni bundan sonra da qürurla davam etdirəcəyik”.
Tədbirin sonunda 50 şəhid ailəsinə və qazilyə iş xanımının sovqatları təqdim edildi.
Daha sonra Ruhi Əliyeva II Vətən Müharibəsində ağır yaralanan və 10 dəfə cərahiyyə əməliyyatı keçirən qazi Ceyhun Qasımova baş çəkdi.
Onun müalicəsi və səhhəti ilə yaxından maraqlanan iş xanımı gərəkən bütün məsələlərdə qazimizə yardım etməyə hazır olduğunu bildirdi.