Təcridxanaya su qabında narkotik keçirilmək istədilər
    • 20-05-2021, 19:22
    • 327

Təcridxanaya su qabında narkotik keçirilmək istədilər

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən News24.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Nəsibov Səfərəli Nəsib oğluna oğlu Sumqayıt şəhər sakini Nəsibov Fərid Səfərəli oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada plastik su qabının içərisindəki mayeyə qatılmış ümumi çəkisi 0,520 qram olan narkotik vasitə metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.