Masallı sakininin evindən narkotik götürüldü
    • 27-05-2021, 10:25
    • 266

Masallı sakininin evindən narkotik götürüldü

Masallıda yaşayış evindən külli miqdarda narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Rzayev saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evdən 1 kiloqram 150 qram qurudulmuş marixuana və 291 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.