Rusiya-ABŞ zirvəsinin keçiriləcəyi oteldəki bütün otaqlar satıldı
    • 31-05-2021, 08:53
    • 406

Rusiya-ABŞ zirvəsinin keçiriləcəyi oteldəki bütün otaqlar satıldı

16 iyunda Rusiya-ABŞ zirvəsinin keçirilə biləcəyi Cenevrə otelində bütün otaqlar satılıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, "Intercontinental" otelinin bütün otaqlarının 11-18 iyun tarixlərinə dolu olduğu bildirilib.  Ancaq zirvəyə hazırlıq barədə məlumat verilmir. 

Qeyd edək ki, "Intercontinental" otelində 1985-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov danışıqlar aparıb. Tərəflərdən heç biri hələ yayılan xəbəri nə təsdiq, nə də təkzib edib.