Pentensiar xidmətin əsgəri intihar etdi
    • 31-05-2021, 10:54
    • 248

Pentensiar xidmətin əsgəri intihar etdi

Pentensiar xidmətin əsgəri özünü güllələyib.

News24.az xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib. Bildirilib ki, bu gün gecə saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ölüm faktını təsdiq edib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. /APA/